Futbolçuya banan atdılar, FİFA araşdırma başlatdıbackend

Futbolçuya banan atdılar, FİFA araşdırma başlatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FİFA Rişarlisona banan atılması ilə bağlı araşdırmaya başlayıb.

İnsident sentyabrın 27-də Fransa paytaxtındakı “Park de Prens” arenasında keçirilən Tunis və Braziliya yığmaları arasındakı yoldaşlıq oyunu zamanı baş verib.

Vurduğu qolu bayram edən “Tottenhem” və Braziliya millisinin hücumçusu Rişarlison meydanın sağ küncündən bayraq tərəfə qaçıb və bu zaman onun istiqamətində tribunalardan banan atılıb.

“FIFA irqçiliyin və zorakılığın istənilən formasını qətiyyətlə pisləyir, futbolda bu cür davranışa sıfır dözümsüzlük mövqeyindən çıxış edir. FİFA Parisdə dünənki oyunda baş verən insidenti araşdırır”, – deyə qurumdan yayılan məlumatda bildirilib.

Qeyd edək ki, Rişarlisonun vurduğu qol Braziliya seçməsinin ikinci qolu olub. Oyun 5-1 cənubi amerikalıların xeyrinə başa çatıb.

Mənbə: sports.ru