Türkiyənin “Gazete Duvar” qəzeti fəaliyyətini və nəşrini dayandırmaq qərarına gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. “Gazete Duvar”ın nəşr ömrünü başa vuracağı bildirilir.
Əməkdaşlar bu barədə sosial şəbəkədə açıqlama verərkən, prosesin təfərrüatları dəqiqləşməyi gözləyir.
2016-cı ildə yayıma başlayan onlayn xəbər saytı “Gazete Duvar” nəşrini dayandırmaq qərarına gəlib.
Duvar-dan jurnalist Can Bursalı sosial media hesabında “Bir parçası olmaqdan qürur duyduğum möhtəşəm bir hekayənin sonuna gəldik. Əlvida, “Gazete Duvara əlvida” yazıb.
Ökkeş Taşkın: “Mənə və dostlarıma “Gazete Duvar”ın bağlandığı xəbəri indicə gəldi. “Jurnalistikaya davam et…”, yazıb.
Furkan Karabay bu açıqlamanı paylaşıb: “Hər şey üçün təşəkkür edirəm, Gazete Duvar”.
Xuraman Etibarlı
İnterpress.az