Gənc kriptovalyutaçı canlı yayımda özünü GÜLLƏLƏDİ – FOTObackend

Gənc kriptovalyutaçı canlı yayımda özünü GÜLLƏLƏDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika kriptosu canlı efirdə özünü vurub.

İnterpress.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb. Bildirilir ki, Amerika kriptoçusu canlı efirdə özünü güllələyib. O, daha əvvəl onun şərəfinə “ölümündən sonra” memkoin yaradılmasını xahiş edib.

Canlı yayım zamanı 23 yaşlı kriptovalyuta həvəskarı memkoinə investisiya edərək son 500 dollarını itirdiyini açıqlayıb.

Daha sonra o, əlinə tapança alıb və izləyicilərinə “Ölsəm, mənə memkoin edin” deyərək “Rus ruleti” oynamaq qərarına gəlib.

Onun bəxti gətirməyib, canlı yayımda özünü güllələyib.

KİV-in məlumatına görə, onun son istəyi yerinə yetirilib. İstifadəçilər dərhal onun şərəfinə bir neçə memkoin yaradıblar.

Lakin burada da bədbəxt ssenari təkrarlanıb – bütün layihələr fırıldaq olub və investorlar pul itiriblər.

Memkoin – kriptovalyutadır, yumoristik xüsusiyyəti ilə internet memə əsaslanır.

Xuraman Etibarlı

İnterpress.az