Gəncədə dağıntılar altında qalan azyaşlının vəziyyəti yaxşıdırbackend

Gəncədə dağıntılar altında qalan azyaşlının vəziyyəti yaxşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə düşmənin raket hücumu nəticəsində dağılan binadakı mənzillərdən birində hərbçi ailəsi yaşayırdı.

Dağılan binadakı mənzillərdən biri 3 yaşlı Məryəmgilin evi olub. Məryəm və Aylin adlı uşaqların atası Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən hərbçilərimizdən biridir.

Hadisə zamanı 3 yaşlı Məryəm baş nahiyəsindən xəsarət alıb. Həkimlər tərəfindən müayinə edilən balaca qızcığazın vəziyyəti yaxşıdır.

İnterpress.az