Gəncədə kişi həyat yoldaşını bıçaqlayıbbackend

Gəncədə kişi həyat yoldaşını bıçaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə 24 yaşlı qadın bıçaq xəsarətləri alıb.

“Report”un məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü A.Məcidli ailə münaqişəsi zəminində çoxsaylı bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxsin A.Məcidlinin həyat yoldaşı B.Məcidli olduğu müəyyənləşib. Şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, fevralın 5-də Gəncə şəhərində daha bir qadın bıçaqlanmışdı. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ş.Məmmədovanın keçmiş əri tərəfindən bıçaqlandığı bildirilir.