Ginekoloqun görünüşü xəstələri dəhşətə gətirib və onunla görüşməkdən imtina ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Yakutiyada qadınlar ginekoloqun görünüşündən dəhşətə gəliblər və onunla görüşməkdən imtina ediblər.
Georgi Kalininqraddan “Zemski Doktoru” proqramı üzrə bölgəyə gəlmiş təcrübəli həkimdir. Lakin sosial şəbəkədə yerli sakinlərə həkimin fotosu nümayiş etdiriləndə bu, hamını şoka salıb.
Yaxşı təhsilə və rəqabətli seçimə baxmayaraq, qadınları kişinin səliqəsizliyi – çirkli dırnaqları və səliqəsiz saqqalı şoka salıb.
Qısa tənqid dalğasından sonra Georgi manikür etdirib və özünü səliqəyə salıb.
Xuraman Etibarlı
İnterpress.az