Google 10 ildən sonra ilk dəfə loqotipini yeniləyib.
İnterpress.az xəbər verir ki, bu barədə “9to5aGoogle” yazıb.
iOS üçün Google Axtarış proqramının ən son versiyasında yeni loqolu ikona peyda olub.
Yeni işarədə G hərfindəki aydın rəngli bölmələr bulanıq olanlarla əvəz edilib.
İndi o, daha çox Google-un süni intellekt chatbotu Gemini-nin loqosuna bənzəyir.
Axtarış sistemi loqo dəyişikliyi ilə bağlı hələ rəsmi açıqlama verməyib.
Google loqosunu sonuncu dəfə 2015-ci ildə şrifti dəyişdirərək yeniləyib.
Xuraman Etibarlı
İnterpress.az