Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb.
İnterpress.az xəbər verir ki, ölənlərdən 1-i qardaş, 2-si bacı olmaqla 1999-cu il təvəllüdlü S. Hüseynli, 2000-ci il təvəllüdlü M. Hüseynova, 2004-cü il təvəllüdlü X. Hüseynova və 1990-cı il təvəllüdlü S. Müseyibovadır.
Qeyd edək ki, hadisə rayonun Aşıqlı kəndində kirayə evdə baş verib. Ölənlər həmən kəndə bir günlük istirahət üçün gəlibmişlər.
Faktla bağlı araşdırma aparılır.
Onların dəm qazından, yoxsa qida zəhərlənməsindən öldükləri dəqiqləşdirirlir./apa