GTİD AzTV əməkdaşlarının Fransada təzyiqə məruz qalmaları ilə bağlı bəyanat yayıbbackend

GTİD AzTV əməkdaşlarının Fransada təzyiqə məruz qalmaları ilə bağlı bəyanat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşlarının 2023-cü il 28 iyun tarixində Fransada təzyiqə məruz qalmaları ilə bağlı bəyanat yayıb.

İnterpress.az xəbər verir ki, bəyanatı təşkilatın sədri Toğrul Allahverdili imzalayıb.

Bəyanatda deyilir:

“Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarının Fransada xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qalmasını, çəkiliş kameralarının əllərindən alınmasını və silahla hədələnmələrini qətiyyətlə pisləyirik.

Hesab edirik ki, media nümayəndələrinin peşə borclarını yerinə yetirərkən hücuma məruz qalmaları söz və ifadə azadlığına təzyiqin bariz nümunəsidir. Sərbəst jurnalistikaya qarşı edilən bu hücum televiziya əməkdaşlarının fəaliyyətinin məhdudlaşdırmağa hesablanmış bir cinayət əməlidir.

Biz “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi olaraq, bir daha baş vermiş bu olayı qətiyyətlə pisləyir və özünü demokratiyanın beşiyi adlandıran Fransa hakimiyyəti və aidiyyəti qurumlardan bu hadisəyə hüquqi qiymət verilməsi üçün cəhd göstərmələrini, eləcə də media nümayəndələrinə qarşı bu çirkin hadisəni törədənlərin müəyyən edilərək məsuliyyətə cəlb etmələrini tələb edirik.

Eyni zamanda dünyada fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatlarını söz və ifadə azadlığına qarşı həyata keçirilən bu çirkin əməli diqqətdə saxlamağa çağırırıq”.

Qeyd edək ki, xaricdə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin bu çağırışına qoşulub.