Günəbaxan tumu həvəskarı olan qadın dil xərçəngi ilə xəstəxanaya YERLƏŞDİRİLDİ – FOTObackend

Günəbaxan tumu həvəskarı olan qadın dil xərçəngi ilə xəstəxanaya YERLƏŞDİRİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kuzbassdan olan günəbaxan tumu həvəskarı dil xərçəngi ilə xəstəxanalıq olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Rusiyada tum həvəskarı olan yaşlı bir qadın dil xərçəngi ilə xəstəxanaya yerləşdirilib.

“75 yaşlı qadın dilinin ucunda iri albalı boyda xərçəng xəstəliyi ilə Kemerovo Klinik Onkologiya Mərkəzinə yerləşdirilib.

Xəstənin dediyinə görə, o, günəbaxan tumlarını çox sevir, ona görə də dilində kişik yara əmələ gəlib. Sonradan böyük yaraya çevrilib və şişməyə başlayıb.

Eyni zamanda, qadının özü də buna çox əhəmiyyət verməyib. Nəticədə, həkimlər şişin səbəbinin 2-ci mərhələdə çoxhüceyrəli xərçəng olduğunu aşkar edərək, dilin rezeksiyası aparıblar.

Yaxşı qan tədarükü sayəsində dilin sağalma prosesi sürətlə davam edir. Dil xərçənginin inkişafına çox vaxt siqaret, insan papilloma virusu və travma təsir edir”, – məlumatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az