Sondan əvvəlki güc sinfi M olan günəş alovu baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə IKI və ISEF günəş astronomiya laboratoriyası məlumat yayıb.
“Bu il ən böyük plazma emissiyası Günəşdə qeydə alınıb. Görüntülərdə genişlənən plazma buludu təxminən səhər saat 1-dən səhər saat 10-a qədər görünə bilərdi.
Günəşin Yerə baxan tərəfində yerləşən aktiv bölgələr təxminən 1,5 gün daha Yer üçün təhlükə zonasında qalacaq.
IKI və ISEF günəş astronomiya laboratoriyasının proqnozuna görə, fevralın 28-də Yer kürəsini maqnit qasırğası vuracaq”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az