Gürcüstan dönüş nöqtəsindədir.
interpress.az xəbər verir ki, “2024: həlledici il” adlı 8-ci beynəlxalq konfransda Gürcüstan prezidenti Salome Zurabişvili ölkəsinin dönüş nöqtəsində olduğunu bildirib.
O, hakim “Gürcü Arzusu” partiyasının “xəyal olmaqdan çıxıb, kabusa çevrildiyini” qeyd edib.
Prezident təəssüflə bildirib ki, “qlobal müharibənin partiyası tərəfindən konkret şəxslərin ölkənin əsas tərəfdaşları adlandırılması faciədir. Gürcüstan ərazisinin 20%-ni işğal edən Rusiya haqqında heç nə yoxdur”.
Zurabişvili “əhalinin oktyabrın 26-da keçiriləcək parlament seçkilərində öz sözünü deyəcəyinə” əmin olduğunu bildirib və əlavə edib ki, “Gürcüstan həmişə Qərbə, Avropaya qayıdıb və özünü Avropa ölkəsi hesab edib”.
Xuraman Etibarlı
İnterpress.az