Gürcüstan dövlət sərhədlərində nəzarəti gücləndiribbackend

Gürcüstan dövlət sərhədlərində nəzarəti gücləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan dövlət sərhədlərində nəzarəti gücləndirib.

Bu barədə ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə çıxışı zamanı bildirib.

Nazir sərhəd-keçid məntəqələrində Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə bütün qabaqlayıcı tədbirlərin həyata keçirildiyini qeyd edib.

DİN rəhbəri həmçinin Rusiya vətəndaşlarının Gürcüstana kütləvi surətdə gəlməsi ilə bağlı yayılan informasiyaları təkzib edib. Onun sözlərinə görə, Rusiya vətəndaşlarının Gürcüstana axını 2019-cu ilin analoji dövrünə nisbətdə – koronavirus pandemiyasından öncə sərhədlərin bağlanmasına qədər – 50 % azalıb.

V.Qomelauri Rusiya vətəndaşlarının Gürcüstana daha çox üçüncü ölkələr vasitəsilə daxil olduqlarını vurğulayıb.