Gürcüstan-Rusiya sərhəddində yük maşınlarının hərəkəti dayandırıldı
Güclü qar yağdığına görə Gürcüstan-Rusiya sərhədi istiqamətində yol ağır yük maşınları üçün bağlanıb. bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Xüsusilə, qoşqu və yarımqoşqu olan avtomobillərə qoyulan qadağa Mtsxeta-Stepantsminda-Lars mərkəzi magistral yolunun Qudauri-Kobi hissəsində qüvvədədir.
Digər nəqliyyat növləri üçün nəqliyyat açıqdır.
Hazırda əlaqənin ən qısa müddətdə tam şəkildə bərpa etmək üçün fasiləsiz olaraq yolu təmizləyir.
Mtsxeta-Stepantsminda-Lars magistral yolu Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.
2020-ci ilin mart ayından etibarən koronavirus pandemiyası ilə əlaqədar olaraq xaricilər üçün bağlanılan Gürcüstanın quru sərhədləri yalnız yük daşıyıcıları və evə qayıdan Gürcüstan vətəndaşları üçün açıqdır.