Gürcüstanda 15 yaşlı azərbaycanlı qız itkin düşdübackend

Gürcüstanda 15 yaşlı azərbaycanlı qız itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Bolnisi rayonunda yaşayan 15 yaşlı azərbaycanlı qız itkin düşüb.

Yeniyetmənin iyunun 3-də Telavi bələdiyyəsinin Qaracala kənd sakini olan 21 yaşlı gənc tərəfindən evlənmək məqsədilə qaçırıldığı bildirilir.

Gəncin atası iddia edib ki, oğlu və qız bir-birini sevirlər və bu, hər iki ailəyə məlumdur.

Polis gənclərin yerini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirir.

 

İnterpress.az