Gürcüstanda 5 Türkiyə vətəndaşı HƏBS OLUNDUbackend

Gürcüstanda 5 Türkiyə vətəndaşı HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda 5 Türkiyə vətəndaşı saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Bildirilir ki, Kaxetidə 5 Türkiyə vətəndaşı sərhədi qanunsuz keçmə və odlu silah saxlamaq ittihamı ilə saxlanılıb.

İstintaq müəyyən edib ki, saxlanılan şəxslər ağır cinayət törətməyi planlaşdırıblar və Gürcüstanda qanunsuz olaraq silah əldə etməyə cəhd ediblər.

Onlar narkotik maddələri də satmaq üçün əldə etməyə çalışıblar.

Şəxsi axtarış zamanı saxlanılan şəxslərdən mobil telefonlar, elektron rabitə vasitələri, döyüş sursatı və külli miqdarda pul götürülüb.

Həbs olunanları 6 ilə qədər həbs gözləyir.

Xuraman Etibarlı

İnterpress.az