Gürcüstanda azərbaycanlıların “qızqaçırma”sı faciə ilə nəticələndibackend

Gürcüstanda azərbaycanlıların “qızqaçırma”sı faciə ilə nəticələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda “qızqaçırma” faciə ilə nəticələnib.

Hadisə Alqeti kəndində baş verib.

Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib.

Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib. Sonradan onun ürəktutmasından ölməsi barədə xəbər yayılıb.

Qızın ailə üzvləri onun evlənməyinə qarşı çıxıblar. Onlar polisə müraciət edərək cinayətkarın tutulmasını tələb ediblər.

Məlum olub ki, qız qrup yoldaşına getmək fikrində olub – ona hansısa zor tətbiq edilməyib.

Gürcüstan Daxili İşlər Nazirliyi hələlik hadisə ilə bağlı şərh verməyib.

Mənbə: “Sputnik Gürcüstan”