Gürcüstanda koronavirusdan rekord ölüm qeydə alındıbackend

Gürcüstanda koronavirusdan rekord ölüm qeydə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda ötən sutka ərzində koronavirusdan 59 nəfər ölüb.

Bu barədə Newsgeorgia.ge məlumat yayıb.

Bu, pandemiya başlayandan rekord göstəricidir.

Ümumilikdə ölkədə 6 649 xəstə virus səbəbindən həyatını itirib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa son sutkada 4 743 nəfərdə virusun aşkarlanması ilə ümumi yoluxma sayı 506 040-a çatıb.