Gürcüstandan Türkiyəyə gizli keçmək istəyənlər tutulub.
İnterpress.az xəbər verir ki, Gürcüstan hüquq-mühafizə orqanları sərhəd pozucularına qarşı əməliyyat keçirib.
Məlumata görə, “Sarp” gömrük-keçid məntəqəsində Gürcüstan-Türkiyə sərhədini qanunsuz yollarla keçməyə cəhd edən üç əcnəbi vətəndaş saxlanılıb.
Bildirilir ki, qayda pozanları ölkədən deportasiya və ya 5 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, 2025-ci il ərzində Gürcüstan Sərhəd Polisi tərəfindən sərhəd keçidi ilə bağlı 371 cinayət faktının qarşısı alınıb, 366 nəfərə qarşı ittiham irəli sürülüb.
Xuraman Etibarlı
İnterpress.az






