Gürcüstanın hakim partiyasının baş katibi ölkə prezidentini Konstitusiyanı pozmaqda İTTİHAM ETDİbackend

Gürcüstanın hakim partiyasının baş katibi ölkə prezidentini Konstitusiyanı pozmaqda İTTİHAM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın hakim partiyasının baş katibi ölkə prezidentini Konstitusiyanı pozmaqda ittiham edib.

İnterpress.az xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze Zurabişvilinin bu gün Almaniyaya səfərini şərh edərkən bildirib.

“Salome Zurabişvili (Gürcüstan prezidenti) ölkənin imicinə hansısa şəkildə xələl gətirmək üçün hər şeyi edir. Konstitusiyanı ilk pozan adamın səfərini necə dəyərləndirmək olar, amma əksinə olmalıdır – o, Konstitusiyanı birinci müdafiə etməlidir”, – Kaladze deyib.

Gürcüstan Konstitusiyasına görə, prezident xarici siyasətdə nümayəndəlik funksiyalarını, o cümlədən xarici səfərləri yalnız Nazirlər Kabinetinin razılığı ilə həyata keçirə bilər.

Sentyabrın 1-də ölkənin hakim partiyası oxşar səbəbdən Zurabişviliyə qarşı impiçment prosedurunun başlandığını elan edib, hökumət isə bunu təkzib edib. Nəticədə səs çatışmazlığı səbəbindən impiçment baş tutmayıb.

Xuraman Etibarlı

İnterpress.az