Hakan Fidan Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması üçün şərti xatırladıbbackend

Hakan Fidan Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması üçün şərti xatırladıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ermənistanla münasibətlərinin normallaşması üçün şərti xatırladıb.

İnterpress.az xəbər verir ki, bu barədə o, Türkiyə KİV-inə müsahibəsində söyləyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması halında Türkiyə – Ermənistan münasibətləri də normallaşacaq:

“Tərəflər arasında əldə olunmuş razılıqları regiondakı sülh və sabitlik baxımından önəmli hesab edirik. Tərəflər razılığa yaxınlaşır. Bunu görməkdən məmnunuq. Sərhəd məsələsində əldə olunan anlaşma bu irəliləyişin gözəl nümunəsidir”./report