Hakimiyyət üçün Ermənistan daxilində parçalanma və xaos qaranta çevrilib – Tatoyanbackend

Hakimiyyət üçün Ermənistan daxilində parçalanma və xaos qaranta çevrilib – Tatoyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim partiya üçün Ermənistan daxilində, diasporda parçalanma və xaos hakimiyyətdə qalmağın qarantına çevrilib.

İnterpress.az xəbər verir ki, bu barədə fevralın 12-də Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan Facebook səhifəsində yazıb.

O bildirib ki, hakim “Mülki Müqavilə” partiyasının elitası üçün Ermənistan daxilində və diasporda parçalanma və xaos hakimiyyətdə qalmağın qarantına çevrilib.

“Mülki Müqavilə tərəfinin elitası və təbliğat maşını cəmiyyətdəki bu çirkin hadisələrin əsas becərənləri, paylayıcıları və himayədarlarıdır.

Dünən Ermənistan parlamenti sədrinin Qarabağ xalqı ilə bağlı dediyi sözlər bunu bir daha sübut etdi.

Hakimiyyət bundan qidalanır və bu onlara güc verir”, – Tatoyan qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az