Hamamda EHTİYATSIZLIQ: Şarja taxılmış telefon CAN ALDIbackend

Hamamda EHTİYATSIZLIQ: Şarja taxılmış telefon CAN ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda 13 yaşlı yeniyetməni hamamda tok vurub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərinin Boksitoqorsk rayonunda faciəvi hadisə baş verib. 13 yaşlı yeniyetmə vanna otağında telefonundan istifadə edərkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Mərhumun atasının verdiyi məlumata görə, oğlu gəzintidən qayıtdıqdan sonra çimmək üçün vanna otağına keçib. O, özü ilə telefonunu da götürüb və cihazı orada enerji doldurucuya (şarja) qoşub.

İlkin ehtimala görə, yeniyetmə vanna qəbul edərkən yuxuya gedib və bu zaman şarja taxılmış smartfon əlindən suya düşüb. Nəticədə baş verən qısaqapanma oğlanın ölümünə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az