Hande Harmancı: “Həkimlər hamıya kömək edə bilməz” – FOTObackend

Hande Harmancı: “Həkimlər hamıya kömək edə bilməz” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Hər kəs çox diqqət etməlidir. Qış gəlib, yoluxma sayı atır. Səhiyyə sistemi bu təzyiqə dözə bilməz. Artım belə davam edərsə, tibb işçiləri, tibb bacıları, həkimlər hamıya kömək edə bilməz. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Gəncəyə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, xəstəxanalarda çarpayı çatışmazlığı yaranar bilər:

“Hamımız özümüzü qorumalıyıq. Qış aylarında bütün gigiyenik qaydalara əməl etməyi hamıdan xahiş edirəm”.

H.Harmancı koronavirus vaksinasiyası məsələsindən də sözlərinə açıb:

“Koronavirus vaksini ilə bağlı vəziyyət çox ümidvericidir. Bir neçə vaksin artıq lisenziya alıb. İngiltərədə tətbiq olunur. Bilirəm ki, Azərbaycan da müxtəlif şirkətlərlə, firmalarla və ölkələrlə danışıqlardadır”.

“Bundan başqa, Ümumdünya Səhiyyə Təşkilatının təşkil etdiyi bir COVAX var, Azərbaycan oraya da daxil oldu. Təxmin edirəm ki, Azərbaycana da peyvəndin gətirilməsinə başlanılacaq.

Amma peyvənd gələn kimi hər şey bitməyəcək. Əhalinin vaksinasiyası uzun vaxt alacaq. Peyvəndin olması çox yaxşıdır, tunelin sonunda işıq var. Bu qışı sağlam başa vurmalıyıq”, – o əlavə edib.

 

İnterpress.az