Hava limanına raket hücumu – Əfqanıstanbackend

Hava limanına raket hücumu – Əfqanıstan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda təxliyə prosesinin davam etdiyi Kabil hava limanına bu səhər raket hücumu təşkil edilib.

Yenisabah.az xəbər verir ki, ən azı 5 raketin atıldığı və atılan bütün raketlər hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi bildirilib.

Havada partlayan raketlərin hissələri Kabilin Səlim Kərvan məhəlləsinə düşüb.

İlkin məlumata görə, ölən və yaralanan olmayıb. İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Ağ Evdən verilən açıqlamaya görə, məsələ ilə bağlı dərhal ABŞ Prezidenti Co Baydenə məlumat verilib.

Bu hadisənin evakuasiya əməliyyatlarına təsir etmədiyi qeyd olunub.