Havayda Kilauea vulkanı lavanı 500 metr hündürlüyə püskürdü
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Havay adalarında Kilauea vulkanında güclü püskürmə qeydə alınıb. Vulkan lavanı təxminən 500 metr hündürlüyə ataraq əsl “alov fəvvarəsi” yaradıb.
Məlumata görə, püskürmə təxminən səkkiz saat davam edib.
Təbiət hadisəsi nəticəsində müşahidə meydançaları, cığırlar və yaxınlıqdakı yaşayış məntəqələri daş və kül qatı altında qalıb.
Bildirilir ki, səthdəki zəif küləklərlə yüksəklikdəki güclü hava axınlarının birləşməsi külün geniş əraziyə yayılmasına gətirib çıxarıb.
ABŞ Meteorologiya Xidməti külün Havayın şərq və cənub-şərq hissələrini bürüyəcəyi barədə xəbərdarlıq edib.
Xuraman Etibarlı
İnterpress.az






