Həbib Nurməhəmmədovun əmlakına həbs qoyulub.
interpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, məhkəmə icraçıları keçmiş UFC çempionu və qarışıq döyüş növləri üzrə məşhur döyüşçü Həbib Nurməhəmmədovun əmlakını müsadirə ediblər.
Müsadirə edilən siyahıya Dağıstanda bir ailə evi və Ferrari California T, Mercedes-Benz AMG GT S, Mercedes-Benz S-Class, BMW 7 Series, Toyota Land Cruiser və Toyota Tacoma daxil olmaqla avtomobil parkının daxil olduğu iddia edilir.
Məlumata görə, Dağıstanın hüquq-mühafizə orqanlarının respublikanın şəhərlərində baş verən terror aktlarından sonra aparılan istintaq hərəkətləri zamanı Həbib Nurməhəmmədovu axtarıb.
Onlar idmançıdan terror aktında iştirak edən Hacımurad Kağirovun kimliyi ilə bağlı ifadə almaq istəyiblər.
Xuraman Etibarlı
İnterpress.az