Həbsxanada TERROR CƏHDİ: Məhbus əməkdaşları qətlə yetirmək İSTƏYİB – VİDEObackend

Həbsxanada TERROR CƏHDİ: Məhbus əməkdaşları qətlə yetirmək İSTƏYİB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada həbsxanada məhbus əməkdaşları qətlə yetirmək istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Rusiya FSB və Federal Cəzaçəkmə Xidməti (FSİN) Krasnodar diyarındakı islah müəssisələrindən birində planlaşdırılan terror aktının qarşısını alıblar.

Məlumata görə, cinayəti 45 yaşlı məhbus planlaşdırıb. O, tikiş ləvazimatlarını xüsusi üsulla itiləyərək kəsici alətlərə çevirib, həmçinin müxtəlif qablardan benzin toplayıb və böyük bir şüşə aseton əldə edib.

Dindirilmə zamanı məhbus etiraf edib ki, onun planına əvvəlcə həbsxananın klub binasını yandırmaq, daha sonra isə yaranmış xaosdan istifadə edərək administrasiya binasındakı əməkdaşlara kəsici alətlərlə hücum edib onları öldürmək daxil olub.

Terror aktına hazırlıq faktı ilə bağlı araşdırma aparılır. Bu cinayətə görə məhbusun cəza müddətinin artırılaraq ömürlük həbslə əvəzlənə biləcəyi qeyd olunur.

Xuraman Etibarlı

İnterpress.az