Həddindən artıq mədəni sərnişin uçuş zamanı öskürəyini elə sıxıb ki, qaraciyəri çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
İstirahətə gedən qadın bütün uçuş boyu dəhşətli öskürəkdən əziyyət çəkib. Nəzakətdən öskürəyini sıxan qadının təzyiqinin düşməsi səbəbindən yan əzələlər cırılıb və qaraciyər yırtıq deşiyindən çıxıb.
Bir-iki gündən sonra ağrı, göbəkdən arxaya qədər göyərmə, şişkinlik yaranıb. Yalnız 3 aydan sonra əməliyyata girib. Çünki əvvəlcə arıqlamaq lazım idi.
Əməliyyat ən çətinlərindən biri idi: yaxınlıqda qabırğalar, diafraqma və onurğa sütunu var idi, onlara implant taxmaq mümkün deyildi.
Risklərə baxmayaraq, hər şey uğurla keçib.
Xuraman Etibarlı
İnterpress.az