Hədəfə düşə bilməyən “nüvə-insan” ağır XƏSARƏT ALDI – VİDEObackend

Hədəfə düşə bilməyən “nüvə-insan” ağır XƏSARƏT ALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaliforniyada “nüvə-insan” hədəfdən yayınıb və ağır xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bununla bağlı görüntülər internetdə yayılıb. Sirk hərəkətini yerinə yetirən “nüvə-insan” hədəfə düşə bilməyib.

Nəticədə kişinin qabırğaları, əli sınıb və qaraciyəri ciddi zədələnib.

Bu sirk hərəkətində “insan gülləsi” üfüqi tora və ya pnevmatik döşəyə düşür.

Onun düzgün yerləşdirilməsi uçuşdan əvvəl klassik mexanika prinsipləri əsasında hesablanır.

Akt açıq arenada baş verərsə, “insan gülləsi” suya da düşə bilər.

Xuraman Etibarlı

İnterpress.az