Həkim: “Ürək xəstələri koronavirusu daha ağır keçirir”backend

Həkim: “Ürək xəstələri koronavirusu daha ağır keçirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ürək xəstəliklərindən əziyyət çəkənlər koronavirusa yoluxduqda bu xəstəliyi daha ağır keçirir”.

bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, dosent, invaziv kardioloq Qalib İmanov deyib.

Onun sözlərinə görə, COVID-19-a qarşı istifadə olunan dərmanların ürək xəstəliyi üçün olan dərmanlarla birgə istifadəsi çox təhlükəlidir:

“Koronavirusa yoluxma zamanı süni tənəffüs aparatına qoşulma, hətta ölüm riski ən çox ürək-damarla bağlı ağırlaşmada olur”.

O qeyd edib ki, ürək damar xəstələri yüksək risk qrupunda olduqlarına görə mütləq vaksin vurdurmalıdır:

“Bu xəstəlikdən ölüm ilk sıralardadır. Koronavirus isə bu riski daha da artırır. Bunun üçün vaksin olunmaq, maska taxmaq, məsafə saxlamaq lazımdır. Açıq ürək əməliyyatı edənlər, ürəyinə stend qoyulanlar, təzyiq xəstələri, ürəklə bağlı istənilən xəstəliyi olanlar mütləq vaksin olunmalıdır”.