Helsinkinin mərkəzi “Oodi” kitabxanasında “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.
Finlandiya Azərbaycanlılarının Koordinatoru və Azərbaycan-Türk gənclər təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.
Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ülviyyə Cabbarova tədbirdə Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Ermənistan rəhbərliyinin təxribatçı addımlarından, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və digər şəhər və rayonlarına raket hücumları həyata keçirməsindən, günahsız mülki insanların həlak olmasından danışıb. O bildirib ki, Azərbaycan Ordusu öz torpaqlarında Ermənistanın işğalçı ordusu ilə müharibə etmək məcburiyyətində qalıb. Oktyabrın 10-da saat 12.00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan oktyabrın 11-də gecə saat 02.00 radələrində Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutub və nəticədə 10 mülki şəxs ölüb, 30-dan çox insan yaralanıb. Bu təxribatlarla Ermənistan 1949-cu il Cenevrə konvensiyalarının, 1954-cü il Haaqa Konvensiyasının şərtlərını və beynəlxalq hüququn qəbul edılmiş ümumı normalarını kobud şəkıldə pozub və buna beynəlxalq birlik tərəfindən düzgün qiymət verilməlidir.
Daha sonra “Karabakh: The Legacy of Our Ancestor” adlı sənədli film nümayiş etdirilib.
Tədbir bədii hissə ilə davam edib.
Daha sonra Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə kitablar, xalçalar, milli geyimlər və milli mətbəximizin nümunələri mərasim iştirakçılarına təqdim olunub.
İnterpress.az