HƏMAS girovu 580 günlük əsirlikdən sonra bu gün AZAD EDƏCƏK – FOTObackend

HƏMAS girovu 580 günlük əsirlikdən sonra bu gün AZAD EDƏCƏK – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS girovu 580 günlük əsirlikdən sonra bu gün azad ediləcək.

İnterpress.az xəbər verir ki, bu barədə HƏMAS terrorçuları elan edib.

İden Aleksander İsrail əsgəridir. O, 7 oktyabr 2023-cü ildə oğurlanıb, işgəncələrə məruz qalıb, zəncirlənib və təbliğat videosunda çəkilməyə məcbur edilib. Amma indi o, azad edilməlidir.

Buraxılış çox güman ki, ABŞ ilə danışıqların nəticəsi olacaq – Aleksandr Amerika vətəndaşıdır.

O, Təl-Əvivdə anadan olub, lakin Nyu-Cersidə böyüyüb; 2022-ci ildə orta məktəbi bitirdikdən sonra İsrail ordusuna qoşulub. HƏMAS bunu Qəzza zolağında münaqişəyə son qoymaq üçün son vaxtlar müxtəlif addımlar atan ABŞ-yə qarşı xoşməramlı jest adlandırır.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, bu addım çox güman ki, digər girovların azad edilməsi ilə bağlı danışıqlara səbəb olacaq.

Hər halda, Amerikanın xüsusi nümayəndəsi Stiv Vitkoffun diplomatik səyləri məhz buna yönəlib. Eyni zamanda HƏMAS atəşkəsə ümid edir.

Netanyahu isə bu dəfə danışıqların “atəş altında” aparılacağını açıq şəkildə bildirib.

Aleksandrın ailəsi bu yaxınlarda onun sağ olduğunu, azad edilmiş digər girovlar sayəsində öyrənib. Onların sözlərinə görə, İden digər məhbusları ruhlandırıb:

“Mən əsgərəm. Azad olunana qədər gözləməliyəm. Amma siz mülki vətəndaşsınız. Hökumət sizi bir neçə günə çıxaracaq. Gözləyin. Hər şey yaxşı olacaq”.

Xuraman Etibarlı

İnterpress.az