HƏMAS vəziyyət sabitləşənə qədər öz liderinin seçkisini təxirə salıb.
İnterpress.az xəbər verir ki, Qəzza zolağında İsrail və HƏMAS arasında əldə olunmuş atəşkəs təşkilatın Siyasi Bürosunun rəhbərinin seçilməsinin təxirə salınmasına səbəb olub.
HƏMAS liderləri hesab edirdilər ki, seçkilər keçən ay atəşkəs qüvvəyə mindikdən sonra keçirilməli idi.
Qeyd olunur ki, hazırda müvəqqəti olaraq Xəlil əl-Həya tərəfindən Qəzza zolağında Siyasi Büro rəhbərinin seçilməsi və ya təyin edilməsi zərurəti ilə bağlı HƏMAS sıralarında razılıq var.
Mənbələr bildiriblər ki, “HƏMAS-ın müxtəlif hadisələrə görə tətbiq etdiyi ləngiməni nəzərə alaraq, hazırkı rəhbərlik şurası istənilən seçkinin keçirilməsinə imkan verəcək siyasi və təhlükəsizlik sabitliyi imkanı yaranana qədər qərar qəbuletmə səviyyəsində qalacaq”.
Xuraman Etibarlı
İnterpress.az