Hərbçi balta ilə ətrafdakılara hücum edib üç nəfəri qətlə yetirdibackend

Hərbçi balta ilə ətrafdakılara hücum edib üç nəfəri qətlə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Voronej şəhərində müddətli hərbi xidmətdə olan əsgər balta ilə insanlara hücum edib.

Hadisə Voronejdəki Baltimor aerodromunda baş verib.

Əsgər, həmçinin, hərbçilərdən birindən oğurladığı silahla ətrafa atəş açıb.

Son məlumata görə, insident nəticəsində üç nəfər həlak olub. Onlardan ikisi silahdan açılan atəşdən, bir nəfər isə baltadan aldığı zərbədən həyatını itirib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

 

İnterpress.az