İkinci Qarabağ Savaşı sırasında Azərbaycana dəstək verən türkiyəli media rəhbərləri və tanınmış şəxslərlə görüşlər davam etdirilir.
İnterpress.az Yenicag.az -a istinadən xəbər verir ki, Azərbaycan Türkiyə Evi (ATEV), “Yeni Çağ” Media Qrupu və “Diasporpress” saytının təşkil etdiyi növbəti görüş Avrasiya İqtisadi Münasibətlər Dərnəyinin (“EkoAvrasya”) İdarə Heyətinin sədri Hikmət Ərənə təqdim edilib.
Plaketi Hikmət Ərənə təqdim edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Qarabağ savaşı zamanı Azərbaycana dəstəyinin əsirgəməyən “EkoAvrasya” heyətinə təşəkürünü bildirib ve bunun Azərbaycan-Türkiyə qardaşlığından irəli gəldiyini vurğulayıb.
“EkoAvrasya” İdarə Heyətinin sədri Hikmət Ərən gördükləri işə dəyər verdyi üçün Aqil Ələsgərə təşəkkür edib və Qarabağda əldə edilmiş zəəfərin gələcək nəsillər üçün ən böyük miras olduğunu bildirib.
Görüşdə, həmçinin Türkiyə-Azərbaycan münasibətləri və bölgədəki siyasi hadisələr ətrafında fikir mübadiləsi aparılıb.