Hikmət Hacıyevdən UNESCO-ya ÇAĞIRIŞ: “30 il ərzində gözləyirdik ki…”backend

Hikmət Hacıyevdən UNESCO-ya ÇAĞIRIŞ: “30 il ərzində gözləyirdik ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 il ərzində gözləyirdik ki, UNESCO mədəni irsimizə qarşı törədilənlərə qarşı öz rəyini bildirsin.

bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanın işağldan azad edilən ərazilərində mədəni irsi dağıdılıb, məhv edilib.

“Biz orada sistematik olaraq mədəni irsimizin dağıdılması halları ilə rastlaşırdıq və biz artıq 30 ildir gözləyirdik ki, UNESCO oraya səfər təşkil etsin, mədəni irsimizə törədilənlərə qarşı öz rəyini bildirsin”.

“Biz UNESCO-nu dəvət edirik ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı həyata keçirilmiş addımları görsünlər”, – deyə Hikmət Hacıyev əlavə edib.

Hikmət Hacıyev bildirib ki, Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin bərqərar olması vacibdir.