Hindistanın “Aditya-L1” kosmik gəmisi Yer və Ayın fotolarını çəkibbackend

Hindistanın “Aditya-L1” kosmik gəmisi Yer və Ayın fotolarını çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Günəşin ən kənar təbəqəsini və günəş küləklərini müşahidə etmək üçün kosmosa göndərdiyi “Aditya L-1” kosmik gəmisi yolda Yer və Ayın şəkillərini çəkib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hindustan Times-ın xəbərinə görə, Aditya L-1-in 4 ay çəkməsi gözlənilən kosmos səyahəti davam edir. Hindistan Kosmik Araşdırmalar Mərkəzinin (ISRO) verdiyi açıqlamada, daşıdığı yükləri “selfie” ilə götürən kosmik gəminin Yer və Ayın fotolarını da çəkdiyi bildirilib.

Açıqlamada, kosmik gəminin Günəş üzərində ətraflı araşdırmalar aparmaq üçün 7 fərqli cihaz daşıdığı və bunlardan 4-nün Günəşdən gələn işığı müşahidə etmək üçün, 3-nün isə günəş işığını ölçmək üçün istifadə edildiyi qeyd edilib.

Aditya L-1-in Günəş istiqamətində Yerdən 1,5 milyon kilometr aralıda yerləşən Laqranj 1 nöqtəsi ətrafında orbitə salınması planlaşdırılır. ISRO sentyabrın 3-də Aditya L-1-in uğurla buraxılması barədə məlumat verib.

Qeyd olunur ki, Günəşin ən kənar təbəqəsini və günəş küləklərini müşahidə etmək üçün buraxılan kosmik gəmi ISRO-nun günəş müşahidəsinə yönəlmiş ilk missiyasıdır.