Hindistandan olan miqrantlar qar kürüməyi bacarmırlar, çünki əvvəllər heç vaxt görməyiblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Hindistandan Rusiyaya işləmək üçün gələn miqrantlar ciddi adaptasiya problemləri ilə üzləşiblər. Onlar qarı necə təmizləyəcəklərini bilmirlər, çünki əvvəllər heç vaxt qar görməyiblər.
Yeni Dehlidəki məşğulluq xidmətinin məlumatına görə, Rusiyaya artıq 70 mindən çox işçi gətirilib və onların əksəriyyəti məişət məsələlərində çətinlik çəkir.
Bildirilir ki, hindlilər duşdan və mikrodalğalı sobadan istifadə qaydalarını bilmirlər. Məsələn, onlar sobanın içinə dəmir qab qoymağın təhlükəli olduğundan xəbərsizdirlər, suyu krandan duşa və əksinə necə keçirəcəklərini anlamırlar.
Miqrasiya üzrə ekspertlər qeyd edirlər ki, işçilərin yataqxanaları su basmaması və texnikaları yandırmaması üçün əvvəlcədən hindi dilində sadə qaydalar olan təlimatlar hazırlanmalıdır.
Qeyd edək ki, 2026-cı ildə Rusiyaya daha ən azı 40 min miqrantın gələcəyi proqnozlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






