Hökuməti tənqid edən rusların universitet və kolleclərə qəbulunun qadağan edilməsi təklif edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov sözlərinə görə, dövlət “övladını tərbiyə edə bilməyən” ailələrə yardım etməməlidir.
Onun sözlərinə görə, əgər xüsusi əməliyyat çərçivəsində “dövlət əleyhinə cinayət” törədilibsə və “onun hərəkətlərinə mənfi qiymət verilirsə”, o zaman ailə uşağı tərbiyə edə bilməyib.
“Sizə elə gəlir ki, uddunuz: pis sözlər yazdınız və ya danışdınız və həyatınız dəyişdi, amma yaxşılığa doğru deyil. Düşünsələr ki, mən azyaşlıyam, hər şey bağışlanacaq və hər şey keçəcək – yox. Hər şey çox kədərli olacaq”, – qubernator deyib.
Xuraman Etibarlı
İnterpress.az