Honq Konqda güclü yağışlar nəticəsində 2 nəfər ölübbackend

Honq Konqda güclü yağışlar nəticəsində 2 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Haikui” tayfunu Honq-Konqa son 140 ilin ən güclü yağışına səbəb olub, 2 nəfər ölüb, 110 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

1952-ci ildən bəri ən güclü yağış Çinin Şençjen şəhərində qeydə alınıb.

“Haikui” tayfunu Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində təsirli olub. Küçə və prospektlər gölə çevrilərkən, nəqliyyat vasitələri sel sularında sürüklənib.

Ticarət mərkəzləri, metro stansiyaları və yeraltı keçidləri su basıb. Metro xəttində xidmətlər dayandırılarkən, Honq Konq və Koulun bölgəsini birləşdirən tunel su altında qalıb. Qapalı qalanların sel sularının aparmamaq üçün daha yüksək yerlərə qalxmağa çalışdığı, bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətdə çətinlik çəkdiyi görülüb.

Honq Konq polisi 2 nəfərin cəsədinin müxtəlif nöqtələrdə tapıldığını açıqlayıb. Honq Konq Xəstəxana İdarəsi daşqın nəticəsində 110 nəfərin yaralandığını açıqlayıb. Bu gün məktəblərdə tədris dayandırıldığı halda, iş yerləri bağlanıb. Honq Konq birjası da səhər ticarəti üçün açılmayıb.