Hüquq və İnsan Haqları İnstitutu hüquq və jurnalistika tələbələri ücün müsabiqə elan edibbackend

Hüquq və İnsan Haqları İnstitutu hüquq və jurnalistika tələbələri ücün müsabiqə elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs hüquq və jurnalistika tələbələri ücün müsabiqə elan edib.

İnterpress.az xəbər verir ki, müsabiqə 10 dekabr – İnsan Hüquqları Gününə həsr olunub.

Müsabiqədə jurnalistika və hüquq ixtisası üzrə bakalavr və magistr səviyyələrində təhsil alan tələbələr iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün son müraciət tarixi dekabrın 5-dək davam edəcək.

Qeydiyyat üçün link: https://forms.gle/dMwYeTsTzSujeRUz8

Qaliblərə sertifikatlar və hüquq və insan haqlarına aid 30 kitab təqdim ediləcək. Bundan əlavə, qaliblər dövlət rəsmiləri ilə keçiriləcək tədbirdə iştirak edəcək və təltif ediləcəklər. Eyni zamanda, onlara Hüquq və İnsan Haqları İnstitutunda təcrübə keçmək imkanı yaradılacaq.

Əlavə məlumat üçün: Cəmilə Abusətova [email protected] , www.huquq.org.az