İtaliya A seriyasının IX turunda “Milan” səfərində “Boloniya” ilə qarşılaşıb.
, qarşılaşmanı izləyən azarkeşlər altı qola şahidlik ediblər.
Oyunçuları iki dəfə qırmızı vərəqə alan, matçı 9 nəfərlə tamamlayan “Boloniya” rəqibinə qarşı duruş gətirməyə çalışsa da, yekunda 2:4 hesabı ilə uduzub.
“Milan”ın veteran ulduzu Zlatan İbrahimoviç matçda həm öz, həm də rəqib qapısına qol vurmaqla diqqət mərkəzinə düşüb.






