Yaponiyada içərisində 1,87 milyon dollar dəyərində Rolex markalı saat olan mikroavtobusu oğurlayan yakuza üzvləri həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Yaponiyanın Osaka prefekturasının polisi içərisində 172 ədəd Rolex saatı olan furqonu oğurladıqları iddia edilən yakuza dəstəsinin iki üzvünü həbs edib.
Həbs olunanların ölkənin ən böyük yakuza qruplaşması olan “Yamaquçi-qumi”yə mənsub olduğu qeyd edilir.
Saatların ümumi dəyəri 280 milyon yen (indiki məzənnə ilə təxminən 1,87 milyon dollar) olaraq qiymətləndirilir.
Yaponiyadakı ən böyük yakuza qrupu xeyli sayda kiçik dəstələri birləşdirən “Yamaquçi-qumi” sindikatı olaraq qalır. Əhalisi təxminən 8,9 min nəfərdir.
İkinci yerdə 2015-ci ildə bu qrupdan ayrılan, təxminən 3 min yakuzadan ibarət “Kobe Yamaquçi-qumi”dir. Bu qruplar arasında barışmaz düşmənçilik qalır ki, bu da bəzən qanlı toqquşmalarla nəticələnir.
Xuraman Etibarlı
İnterpress.az