İcra başçısının Vətən müharibəsi ilə bağlı kobud səhvə yol verən direktor xanımından XƏBƏR VAR – VİDEObackend

İcra başçısının Vətən müharibəsi ilə bağlı kobud səhvə yol verən direktor xanımından XƏBƏR VAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şagird, valideyn və müəllim kollektivi qarşısında çıxış edərkən 27 sentyabr  – Anım Gününə “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə “24 günlük müharibə” deyən direktordan yeni xəbər var.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova artıq kollektivlə sağollaşmağa hazırlaşır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda direktor səhhəti ilə bağlı vəzifəsini yerinə yetirmir:

“Bakı şəhəri 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova hazırda səhhəti ilə əlaqədar işə çıxmır”.

Qeyd edək ki, B.Cəfərova saytımıza açıqlamasında bildirmişdi ki, qan təzyiqi yüksək olması səbəbindən çıxışında 44 günlük Vətən müharibəsini “24 günlük Vətən müharibəsi” kimi ifadə edib.

Xatırladaq ki, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.