“İda” qasırğası səbəbilə ölənlərin sayı durmadan artır.
Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, ABŞ-da baş verən qasırğada 68 nəfər həyatını itirib.
Əvvəlki məlumatlarda ölkənin cənub-şərqində 14, şimal-şərqində isə 45 nəfərin öldüyü qeyd edilib.
Qasırğanın təkcə Nyu-Yorkda 17, Nyu-Cersidə isə 27 nəfərin həyatına son qoyub.






