“İdmançıların çoxu savadsız olduğu üçün əyri yola tez düşürlər“ – Dünya çempionubackend

“İdmançıların çoxu savadsız olduğu üçün əyri yola tez düşürlər“ – Dünya çempionu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda tanınmış idmançı, universal-döyüş və digər idman növü üzrə dünya, Avropa çempionu olan Xəyyam Səfixanov həbs edildi.

Lakin bu ilk deyil. Dəfələrlə idmançılarımızın narkotik aludəçiliyinin, zorakılığa meyilli olmalarının şahidi olmuşuq və ya eşitmişik.

Hər kəsi maraqlandıran sual isə budur: onlar nəyə görə sağlam həyat tərzindən imtinar edib pis vərdişlərə yönəlirlər?

Azərbaycan Yunan-Roma güləşçisi, Dünya və Avropa çempionu, Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun baş leytenantı Rafiq Hüseynov mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, bu cür problemlərin idmançıların savadsızlığından irəli gəldiyini bildirib:

“Bu problemləri çox eşidirik. İdmançıların narkotikə, cinayət aləminə qoşulmasının əsas problemi onların təhsil səviyyəsinin aşağı olmasıdır. Fərqi yoxdur həmin idmançı yarışda nəticə göstərib, yay yox. İdmanda nəticə vermək həmin şəxsin insan kimi formalaşması, cəmiyyətə xeyrli biri olması demək deyil. İdmançılar kariyeralarını bitirdikdən sonra və ya elə həmin zaman öz güclərinə güvənib pis yollara düşürlər.

Bu səbəbdən çalışmaq lazımdır ki, aşağı yaş qruplarında olan idmançılar təhsilə sövq edilsin. Bu gün ən vacib faktor idmançının təhsilidir. Bir insanın təhsili, savadı varsa bilir ki, cinayət aləminin, narkotikin sonu nədir, hansı vəziyyətə düşəcək”.

Rafiq Hüseynov planları haqqında da danışıb:

“Gələcəyə faydalı idmançılar formalaşdırmaq üçün böyük planlarım var idi. Düşünürdüm ki, təhsil müəssisəsi açım. Rayonlardan, kənar şəhərlərdən olan aşağı yaş qrupuna aid, prespektivli 5-6 yaş qrupundan başlayaraq 6-7-ci sinifə qədər olan idmançıları toplayım.

Hələdə bu planı düşünürəm, sadəcə dövlət tərəfindən maliyyə dəstəyi lazımdır. İnanıram ki, bir gün gerçəkləşəcək”.