Krasnodarda iki uşaq Chupa Chups yedikdən sonra komaya düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Lider gimnaziyasının yeddi yaşlı şagirdi və kiçik qardaşı şirniyyat yeyib. Bundan sonra onların vəziyyəti kəskin pisləşib – uşaqlar komaya düşüb.
Onlar reanimasiyaya aparılıb. İndi hər ikisi ayılıb.
Həkimlər Chupa Chups-un səbəb olub-olmadığını araşdırır.
Xuraman Etibarlı
İnterpress.az