Biznesmenin oğlu ilə eyni gündə daha bir uşaq yoxa çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Krasnoyarsk şəhərində yerli biznesmenin oğlunun oğurlanması ilə eyni gündə daha bir uşaq itkin düşüb.
Məlumata görə, 14 yaşlı Natalya Nikolaydan bir saat əvvəl yoxa çıxıb. Diqqətçəkən və şübhəli məqam odur ki, qız müşahidə kameralarında oğlanın yanında görünən şəxsə bənzəyir.
Həmçinin, yeniyetmələrin yaşadıqları evlər bir-birindən cəmi 2 kilometr məsafədə yerləşir.
Hələlik bu iki hadisənin bir-biri ilə əlaqəli olub-olmadığı dəqiq məlum deyil. Polis və könüllülər hər iki uşağın axtarışlarını davam etdirirlər.

Xuraman Etibarlı
İnterpress.az






