İlham Əliyevin müsahibəsi dünya mətbuatındabackend

İlham Əliyevin müsahibəsi dünya mətbuatında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin İspaniyanın EFE agentliyinə müsahibəsi dünya mətbuatında geniş işıqlandırılıb.

InterPress.az xəbər verir ki,İsveçrənin Yayım Korporasiyasının vahidi olan “Swissinfo” İlham Əliyevin müsahibəsinə yer verib.

Məqalədə İlham Əliyevin Ermənistanla normal münasibətlərin qurulması üçün danışıqlar aparmağa hazır olduğu göstərilib.

Paraqvayın “abc.com.py” nəşri də İlham Əliyevin müsahibəsinə diqqət çəkib.

“Azərbaycan Prezidenti Avropaya qaz tədarükünü artırmağa hazırdır” başlıqlı məqalədə İlham Əliyevin Cənub Qaz Dəhlizinin əhəmiyyəti ilə bağlı fikirlərinə yer verilib.

Argentinanın “İnfobea” nəşri Prezidentin müsahibəsini işıqlandırıb. Məqalə “İlham Əliyev Ermənistan lideri ilə danışmağa və sülh müqaviləsi imzalamağa hazırdır” başlığı ilə yayımlanıb.

İlham Əliyevin müsahibədə səsləndirdiyi “Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik” fikirlərinə yer verilib.

İspaniyanın “Eldiario.es” saytında İlham Əliyevin Ermənistanla sülh üçün şərtlərinə yer verilib.

“Expansion.com” saytı İlham Əliyevin Azərbaycan qazının Avropa bazarlarına tədarükü barədə dediklərinə geniş yer verib.

“Efs.efeservicios.com” saytı İlham Əliyevin Qarabağda statusun yolverilməzliyinə dair açıqlamasını qabardıb.

Qeyd edək ki, İlham Əliyev müsahibədə bildirib:

“Biz iki iqtisadi zona – Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə – Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”.

Bundan əlavə İspaniyanın EFE agentliyi özü də İlham Əliyevin müsahibəsindən çoxsaylı çıxarışlar edib.